LANDŞAFTIN KOMPONENTLƏRİ

coğrafi komponentlər – coğrafi qabıq mühitinin (sferinin) ayrı-ayrı fraqmentlərindən ibarət landşaftın əsas qurucuları: litosfer (dağ, süxurları, torpaq), hidrosfer (səthi və yeraltı sular), atmosfer (onun kimyəvi tərkibi) və biotanın yayılma sferi (mikroorqanizmlər, bitkilər və heyvanlar). L..k-nə həmçinin insan fəaliyyəti obyektləri (qurğular, k.t. tarlaları, meşə zolaqları və s. daxildir).
LANDŞAFTIN KOMFORTLUĞU
LANDŞAFTIN KONSERVASİYASI
OBASTAN VİKİ
Ekosistemin komponentləri
Ekosistemin komponentləri-ekosistemin (biogeosenozun) fəaliyyətini təmin edən əsas tərkib hissələri. Ekosistemin komponentləri abiotik və biotik olmaqla 2 hissəyə ayrılır. Biotik amillər öz növbəsində avtotroflar, produsentlər (sadə qeyri üzvi birləşmələrdən üzvi maddələr yaratmaq qabiliyyətinə malik olanlar) və heterotroflara (mikrokonsumentlər (faqotroflar)) ayrılır. Belə ki, heterotrof orqanizmlər (əsasən heyvanlar) digər orqanizmlərdə və ya üzvi maddənin bir hissəsi ilə qidalanırlar. Redusentlər başqa cür adlandırsaq mikrokonsumentlər (osmotroflar, saprotroflar) – heterotrof orqanizmlər olub (əsasən göbələklər və bakteriyalar) üzvi birləşmələri parçalayaraq (zülallar, karbohidratlar və s.) bəzi parçalanan (çürüyən) ərzaqları udur və qeyri üzvi maddələr yaradırlar. Bu isə produsentlərin qidalanması üçün yararlıdır. Heterotrof orqanizmlər özləri dəbiofaqlara (digər canlı orqanizmlərlə qidalanan orqanizmlər) və saprofaqara (ölü üzvi maddələrlə qidalanan orqanizmlər) bölünürlər. Biotik və abiotik ekosistemin komponentləri bir-birilə üzvi maddələrlə bağlı olub biogen ekosistemin komponentlərində birləşir. Biogen ekosistemin komponentlərinə canlı orqanika (biokütlə adlanır) və ölü orqanika olmaqla 2 hissəyə ayrılır. Töküntü– bitki qruplaşmalarının hər il yerüstü və yeraltı hissələrinin çürüyən hissəsinə deyilir.
Arktik və Antarktik landşaftın torpaqları
Arktik və Antarktik landşaftın torpaqları — Avrasiya materikində Şpitsbergen, Frans-İosif Torpağı, Yeni Torpaq, Novosibirsk adalarında, Taymır yarımadasında, Şimali Amerikada Qrenlandiyanın şimal sahillərində, Şimali Amerikanın şimal arxipelaq adalarında, Antarktida materikinin vahələrində rast gəlinən torpaq tipi. İqlim şəraiti çox soyuq olub, orta illik temperatur −10°C-dən −14°C-i arasında dəyişir. Yayda orta sutkalıq temperatur +5°C-ni aşmır. Şaxtasız günlər 12–14 gündən çox davam etmir. Arktik zonanın qərb hissəsinin şərqinə nisbətən qışı yumşaqdır. Yağıntıların illik miqdarı Arktikada 130–200 mm arası dəyişir. Antraktidanın vahələrində də az yağıntı düşür. Məsələn, Benqerada ildə 62 mm qar şəklində yağıntı yayda düşür. Antraktida sahil hissələrindəki vahələrində yağıntının miqdarı 300 mm-ə qədər artır. Nisbi rütubətliyin yüksək olması xarakterikdir (90%).